Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyədə 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumunda iştirak edir. Bu barədə 11 dekabr tarixində Hikmət Hacıyevin Twitter səhifəsində məlumat yayılıb.
Prezidentin köməkçisi tədbirdə "Qarabağ: bir zəfərin kommunikasiyası" mövzusunda çıxış edəcək. Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomüraciəti səsləndiriləcək.
Forum iki gün davam edəcək.
@StratcomSummit uğurlar arzulayiram. Strateji Communication mövzusunda çox önəmli mövzular müzakirə olunur. @fahrettinaltun Kardeşimə və bütün @StratcomSummit heyətinə bu Zirvənin mükəmməl təşkilinə görə təşəkkür edirəm. pic.twitter.com/vv63d74xb9
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 11, 2021