Mayın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməlini qoyublar.
Təkxətli dəmir yolunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən, yol boyunca 9 stansiyanın, 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yük qatarları hərəkət edir.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də qoyulub. Layihənin 2023-cü ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Yolun inşasına 312 milyon 700 min manat vəsait ayrılıb.
[URIS id=50276]