Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və Çinin “Huawei” şirkəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Bu barədə 9 dekabr tarixində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz Twitter səhifəsində paylaşım edib.
Sənədə əsasən, Azərbaycanda Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli İT mütəxəssisləri hazırlanacaq.
RİNN, ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalandı.
— Rashad Nabiyev (@RashadNNabiyev) December 9, 2021
Layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli İT mütəxəssisləri hazırlanacaq. pic.twitter.com/rhwVrSzgEN