4-5 iyun tarixlərində I ixtisas qrupu, həmçinin iyunun 5-də IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanlarda 38 539 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.