top
İcazəsiz işləyən plastik cərrahları böyük cərimə GÖZLƏYİR
21 aprel 2025, 23:57
- ↺ +

İcazəsiz işləyən plastik cərrahları böyük cərimə GÖZLƏYİR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son illər Azərbaycanda plastik və estetik cərrahiyyəyə olan maraq əhəmiyyətli dərəcədə artıb. Sosial mediada yayılan "öncə-sonra" fotoları, məşhurların estetik dəyişiklikləri və cəmiyyətin gözəllik standartlarına təsir edən tendensiyalar bu sahənin sürətlə genişlənməsinə səbəb olub.

Rəsmi statistikaya əsasən, hazırda Azərbaycanda cəmi 42 nəfərə plastik cərrah kimi fəaliyyət göstərmək üçün icazə verilib. Bu, ölkə üzrə estetik tələbatla müqayisədə çox az bir rəqəmdir.

Ancaq bəzi hallarda plastik-estetik əməliyyatlar ixtisaslı həkimlər tərəfindən aparılmır. Məsələn, lor (qulaq-burun-boğaz) cərrahlarının rinoplastika, ümumi cərrahların abdominoplastika, oftalmoloqların göz ətrafı nahiyənin estetik əməliyyatları, ginekoloqların isə vaginal estetik müdaxilələr həyata keçirdiyinə dair məlumatlar yayılıb. Belə hallarda əsas məsələ təkcə ixtisas məsələsi deyil, eyni zamanda xəstənin sağlamlığı və hüquqları, cərrahi risklərin adekvat qiymətləndirilməsi və nəticələrin tibbi etika çərçivəsində təmin olunmasıdır.

Bu narahatlıqlar fonunda estetik əməliyyatlara nəzarət mexanizmləri və normativ hüquqi tənzimləmələr barədə aydınlıq gətirmək məqsədilə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq.

Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada ali təhsilli ixtisaslı həkim mütəxəssislər “plastik cərrahiyyə” işi üzrə tibbi praktiki fəaliyyət ilə məşğul olmaq hüququnu əldə edilər.

“Nəzərinizə çatdırırıq ki, artıq 2011-ci ildən, Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq Qanuna əsasən, Rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti 5 il müəyyən edilib. Plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim plastik cərrahlar əldə edirlər.

Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq etdirdikdən sonra, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilinə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər”, - açıqlamada bildirilib.

Mərkəz də qeyd edir ki, bəzi klinikalarda lisenziyasız və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir:

"Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir".

Bu hallara görə İnzibati Xətalar Məcəlləsinin:

• 210.1.-ci maddəsində Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə,

• 215.1.-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə,

• 215.4-cü maddəsinə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2024-cü il ərzində plastik cərrahlarla bağlı 62 şikayət daxil olub və müvafiq plandankənar yoxlamalar aparılıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

İdman
Dünən, 09:10

Keyn 25 ildən sonra "Qızıl top"u İngiltərəyə qaytardı, Londondakı yubiley gecəsi isə İspaniya və "Barselona"nın zəfərinə çevrildi

Oxşar xəbərlər