top
İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb
16 iyul 2024, 01:54
- ↺ +

İcbari tibbi sığorta ilə son iki ildə aparılan doğuşların sayı açıqlanıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda icbari tibbi sığorta ilə son iki ildə 182 mindən artıq doğuş aparılıb. Bu barədə Report İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat verib.

Qeyd olunub ki, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar tədbirlər zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə xidmətləri sığorta hesabına göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır.

2022-2024-cü illər ərzində (ilk 6 ay) icbari tibbi sığorta ilə 97 278 təbii doğuş, 85 614 klassik qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Doğuşların 1054-ünü çoxdöllü hamiləlik (əkiz, üçəm, dördəm və s.) təşkil edib.

Vurğulanıb ki, doğuşdan sonrakı dövrdə zahı qadınların və yenidoğulmuşların müşahidəsinin aparılması, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi də ödənişsiz göstərilir. Hamiləliyin fizioloji gedişi zamanı hamilə qadının tibb müəssisəsinə 7 gəlişi tövsiyə olunur. Xidmətlər Zərfi ilə hamilə qadına arterial təzyiqin ölçülməsi, nəbzin sayılması, bədən kütləsi indeksinin, qanda şəkərin, qan qrupu, qanın klinik analizi (hemoqlobin), sidiyin ümumi analizi kimi tibbi xidmətlər göstərilir. Həmçinin hepatit B və C, sifilis testləri, insan immunçatışmazlığı virusu (İİV), skrininq testi (rubella-məxmərək), uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi icbari tibbi sığorta təminatına daxildir.

Tibb müəssisəsində hamiləliyin 12-ci həftəsinə qədər fol turşusunun təyini, USM, doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya) və digər müayinələr də həyata keçirilir.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyi tabeli Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Bu gün, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Bu gün, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Bu gün, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Bu gün, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Bu gün, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Bu gün, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Bu gün, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Bu gün, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Bu gün, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Bu gün, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Bu gün, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Bu gün, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Bu gün, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Bu gün, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Bu gün, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Bu gün, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Bu gün, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Bu gün, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Bu gün, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Bu gün, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Cəmiyyət
Bu gün, 09:31

15 yaşlı qızı aldadıb təcavüz etdi - Video çəkib hədələdi

Oxşar xəbərlər