Mayın 21-də paytaxtda ümumşəhər iməciliyi keçirilməsi qərara alınıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib.
İməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini iməciliyə qatılıb fəal olmağa çağırır: “Bununla hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq”.