Bu gün, iyunun 20-də II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Abituriyentlər saat 23:59-dək “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib, link vasitəsilə imtahana yazıla bilərlər.
Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:
- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
- Şəhid ailəsinin üzvləri;
- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
- Məcburi köçkün statusu olan şəxslər;
- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.