Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya “Şöhrət” adlı Qarabağ atı hədiyyə edilib. Bu haqda Report mayın 16-da Azərbaycan Respublikasının Atçılıq Federasiyasına (ARAF) istinadən məlumat verib.
Prezident İlham Əliyevin hədiyyəsi kraliçaya "Vindzor Kral Atçılıq Şousu"nda Azərbaycan nümayəndə heyətinin qəbulu zamanı təhvil verilib. Ona, həmçinin Azərbaycan heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri təqdim olunub.
Daha öncə, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edib. Lakin o at Vindzor sarayında təqdim olunmamışdı.
[URIS id=48624]