Quba-Xaçmaz yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 6 noyabr tarixində xəbər verib.
Quba rayonu ərazisində "Opel" və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində 8 aylıq körpə Aydərimova İnci İlkin qızı xəsarət alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.