Yevlax rayonunda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alanlar var. Bu haqda oktyabrın 24-də Report xəbər yayıb.
Hadisə Xaldan-Mingəçevir yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Ağdaşdan Mingəçevirə sərnişin daşıyan mikroavtobus digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər, Ağdaş rayon sakinləri, 2001-ci il təvəllüdlü E. Əhmədova və onun həmyaşıdı A. Musayeva xəsarət alıblar.
Onların vəziyyəti qənaətbəxş hesab olunur. Faktla bağlı araşdırma aparılır.