top
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı: Həzi Aslanov
09 may 2022, 02:11
- ↺ +

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlı: Həzi Aslanov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Həzi Aslanov 22 yanvar 1910-cu ildə Lənkəran şəhərində anadan olub.

O, ibtidai təhsilini Lənkəranda alıb, 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Daha sonra Aslanov Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri təyin olunub.

Böyük Vətən müharibəsi başlayan zaman, 23 iyun 1941-ci ildən Həzi Aslanov öz döyüşçüləri ilə Donbas (Ukrayna) ətrafında düşmənin hücumlarını beş ay dəf edib. O, 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalara görə “Qırmızı ulduz” ordeni ilə təltif edilib.

Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Aslanovun başçılığı ilə 55-ci tank briqadası vuruşaraq 40 kilometrdən artıq yol gedib, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edib.

Aslanov öz döyüşçüləri ilə Kotelnikovo (Rusiya) yaxınlığında düşmənin 30 əks-hücumunu dəf edərək bir batalyon piyada qoşununu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdən sonra Aslanov 22 dekabr 1942-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

13 mart 1944-cü ildə Həzi Aslanova tank qoşunları general mayoru rütbəsi verilib. 1944-cü ilin iyununda Aslanovun tankları Vilnüsə (Litva) hərəkət edərək düşməni ağır itkiyə məruz qoyurlar. Bu döyüşdəki qələbəyə görə Aslanov ikinci dərəcəli Suvorov ordeni ilə təltif edilib.

23-30 iyun 1944-cü ildə Həzi Aslanov Belarusiyanın Pleşşenitsi şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. Ona ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunması üçün sənəd təqdim edildi. Lakin ona bu ad ölümündən sonra, 1991-ci ildə verildi. O, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır.

1 avqust 1944-cü ildə Aslanovun briqadası başqa ordu hissələri ilə birlikdə Yelqava (Latviya) şəhərini düşməndən təmizləyiblər. O, 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında, həmçinin Belorusiya və Pribaltika respublikalarını azad etmək uğrundakı döyüşlərdə iştirak edib.

Həzi Aslanov 24 yanvar 1945-ci ildə Miatva (Latviya) şəhərində dünyasını dəyişib və Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Son xəbərlər

Yerli xəbərlər
Dünən, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Dünən, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Dünən, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Dünən, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Dünən, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Dünən, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Dünən, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
09 noyabr 2026, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
09 noyabr 2026, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
09 noyabr 2026, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
09 noyabr 2026, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
09 noyabr 2026, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
09 noyabr 2026, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
09 noyabr 2026, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
09 noyabr 2026, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
09 noyabr 2026, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
09 noyabr 2026, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
09 noyabr 2026, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
09 noyabr 2026, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
09 noyabr 2026, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
09 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
09 noyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər