İki gün sonra Şuşada iri həcmli “yaşıl” enerji layihələri üzrə yeni müqavilə imzalanacaq. Bu barədə iyunun 2-də energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumundakı çıxışında söyləyib.
Öz çıxışında nazır Qarabağ-Şərqi Zəngəzur və 157 QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin Azərbaycanın “yaşıl” enerji ixracındakı əhəmiyyətini xüsusi vurğulayıb.
Energetika naziri, həmçinin əlavə edib ki, Azərbaycan “yaşıl enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını genişləndirmək niyyətindədir.