Şirvan şəhərində iki il əvvəl “Mercedes” markalı mikroavtobusdan 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda iyulun 2-də APA xəbər verib.
Onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli olduğu məlum olub.
Faktla bağlı araşdırma davam edir.