"XeberBiz.com" və "TehsilXeber.com" xəbər portalının rəhbəri Etibar Əliyev dələduzluqda ittiham olunur. Bu haqda iyunun 23-də APA məlumat yayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Sözügedən şəxs özünü Qarabağ Dirçəliş Fondunda səlahiyyətli şəxs kimi təqdim edərək vətəndaşlardan külli miqdarda pul alıb. Onun ümumilikdə 123 min manat pul mənimsədiyi bilinib.
Jurnalist barəsində həbs qətimkan tədbiri seçilib. O, "Xəbər var" qəzetində baş redaktor, "Vetenperverler.az" saytında redaktor kimi fəaliyyət göstərib.