Prezident İlham Əliyev iyunun 15-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib. Bu barədə məlumat president.az saytında yerləşdirilib.
Görüşdə enerji sahəsində əməkdaşlıq, regionda təhlükəsizlik, Azərbaycan və Ermənistan arasında əlaqələrin normallaşdırılması və digər məsələlər müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Cənubi Qafqazı əməkdaşlıq regionu kimi görmək istədiyini qeyd edib. Söhbət zamanı, həmçinin əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.