İyunun 29-da Aşqabadda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub. Bu barədə Azərbaycan dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Görüş VI Xəzər Sammiti çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artıb. Artım keçən il 16%-dən çox, bu ilin üç ayının nəticələrinə görə 5,5% təşkil edib.
Qeyd edək ki, İlham Əliyevin Türkmənistana səfəri başa çatıb.