Bu gün, iyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüş zamanı müzakirə olunan məqamlar:
- Beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edilib. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulanıb;
- İlham Əliyev qeyd edib ki, Venesuela Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib;
- OPEC+ formatı çərçivəsində ölkələrin uğurlu fəaliyyəti vurğulanıb.
***
14:44
Bu gün, iyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Venesuela Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Buna səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.