Prezident İlham Əliyev BP şirkətinin İdarə Heyətinin sədri Helqe Landı qəbul edib. Bu barədə 20 sentyabr tarixində Prezidentin Mətbuat Xidməti xəbər verib.
Görüşdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak edən şirkətin sabiq baş icraçı direktoru Lord Con Filip Braun iştirak ediblər.
[gallery link="file" columns="1" size="full" ids="131332"]