İyunun 26-da Azərbaycan Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Göygöldə Toğanalı-Kəlbəcər avtomobil yolunda inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcərdə su elektrik stansiyasının və hərbi hissənin açılışlarında iştirak edib. O, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçında “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Daha sonra Prezident Kəlbəcərdə İşğal və Zəfər muzeyləri kompleksinin, Rəqəmsal İdarəetmə Mərkəzinin və İstisu sanatoriyasının təməlini qoyub.