Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib.
Bu barədə 24 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.