Bu gün, iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Bu barədə Azərbaycan dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Görüş İlham Əliyevin Türkmənistanın Aşqabad şəhərinə səfəri çərçivəsində baş tutub.
Qeyd edək ki, dövlət başçısı Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edəcək.