Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək. Bu barədə “Anadolu” məlumat yayıb.
İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə Rizə-Artvin hava limanının açılışında iştirak edəcək.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin təyyarələri hava limanına ilk eniş edəcək.