Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı sentyabrın 20-də Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı verib.
Bu barədə 21 sentyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Baş verənlərlə bağlı hərtərəfli araşdırma aparılacağı və bütün təqsirkarların layiqli cəzalarını alacağı vurğulanıb. Bununla bağlı hər iki ölkənin baş prokurorluqları sıx əlaqədədir.
Azərbaycan Prezidenti, həmçinin həlak olanların ailələrinə maddi yardım göstərilməsinə hazır olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 20-si Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobil atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyalı hərbçilər həlak olublar.