Prezident İlham Əliyev Türkiyə başçısı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Bu barədə oktyabrın 15-də president.az məlumat yayıb.
“Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!", - deyə məktubda deyilir.
Sözügedən hadisə qonşu ölkənin Bartın vilayətində kömür mədənində baş verib. Partlayış nəticəsində 28 nəfər həlak olub, 11 yaralının isə müalicəsi davam edir.