Bu gün, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Türkiyənin milli müdafiə naziri Müstəqillik Günü münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb.
Söhbət zamanı Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Festivalının əhəmiyyətinə də toxunulub.