Bu gün, iyunun 29-da Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb. Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, İlham Əliyev Türkmənistanda səfərdədir. O, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edəcək.
***
10:28
Prezident İlham Əliyev Türkmənistana səfər edib. Bu barədə iyunun 29-da president.az saytından məlumat verilib.
Dövlət rəhbəri Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edəcək.
Qeyd edək ki, iyunun 28-də Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub.