Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Bu barədə President.az məlumat yayıb.
Onlar Füzuli şəhərində Peşə Liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.