Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda olublar. Bu barədə Prezident.az xəbər yayıb.
Səfər zamanı dövlətimizin başçısı və birinci xanım:
- Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinlərlə görüşüblər;
- Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar;
- Arximed turbini tipli Su Elektrik Stansiyasını işə salıblar;
- Zəngilan şəhərində ilk yaşayış binasının və məktəbin təməlqoyma mərasimlərində iştirak ediblər.