Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri bu gün başa çatıb.
Bu barədə 14 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Qeyd edək ki, Prezident oktyabrın 12-də Qazaxıstana işgüzar səfərə getmişdir.
Dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak edib.