top
İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib
27 iyun 2024, 04:21
- ↺ +

İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib. Bu barədə 27 iyun tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.

Dövlətimizin başçısı Asiya İnkişaf Bankının prezidentinin regionlarımıza səfər etməsini ölkəmizdə gedən inkişaf prosesləri haqqında daha çox məlumatın əldə olunması və Azərbaycanın bu Bankla sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının həm ölkəmiz, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına Bankın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı, xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirdi. Azərbaycan Prezidenti bununla bağlı xatırladı ki, əvvəllər də dediyi kimi, ölkəmiz Avropanı qazla təmin etdiyi halda Avropa bankları maliyyələşməni təmin etməyə hazırlıq nümayiş etdirməyib, lakin Asiya İnkişaf Bankı bunu edib.

Prezident İlham Əliyev vurğuladı ki, ölkəmiz inkişaf etdikcə Xəzəryanı qonşu ölkələrlə və digər regionlarla güclü iqtisadi bağlantının yaradılması ilə əlaqədar qarşımızda yeni məqsədlər və çağırışlar durur. Dövlətimizin başçısı bu baxımdan Asiya İnkişaf Bankı ilə mövcud səmərəli əməkdaşlığın davam etdirilməsi məqsədi ilə yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

Söhbət zamanı Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələlərinə toxunuldu, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Dünən, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
Dünən, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Siyasət
Dünən, 16:22

Azərbaycan və Şri-Lanka dövlət xidmətləri sahəsində memorandum imzalamağı planlaşdırır

Cəmiyyət
Dünən, 16:19

Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib

Cəmiyyət
Dünən, 16:12

Azərbaycan aeroportlarında VİP salondan istifadə hüququ olan vəzifəli şəxslərin siyahısı dəyişib

Cəmiyyət
Dünən, 15:09

Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib

Cəmiyyət
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:03

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Cəmiyyət
Dünən, 13:26

Dövlət qulluğu imtahanlarının vaxtı və qaydaları açıqlanıb

Cəmiyyət
Dünən, 13:07

Vaqif Mustafazadənin qızı Paris Operasından ekranlara - FOTO

Cəmiyyət
Dünən, 12:56

Sabah Bakıda hava yağmursuz olacaq

Cəmiyyət
Dünən, 12:45

Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib

Cəmiyyət
Dünən, 12:30

DİN KMBİ Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat keçirib - VİDEO

Yerli xəbərlər
Dünən, 12:24

Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb

Cəmiyyət
Dünən, 12:19

Kiyev yaxınlığında münaqişə: Petropavlovskaya Borşaqovkada nə baş verib?

Cəmiyyət
Dünən, 12:17

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Cəmiyyət
Dünən, 12:00

Özəl təyyarələrlə uçuş nə dərəcədə təhlükəsizdir?- SON iki günün ən çox müzakirə olunan mövzusu

Siyasət
Dünən, 11:38

Prezident İlham Əliyev Panama Prezidentini milli bayram münasibətilə təbrik edib

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:21

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Cəmiyyət
Dünən, 11:05

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub

Cəmiyyət
Dünən, 09:48

Nepalda iki turist helikopteri havada toqquşaraq yerə çırpılıb: bir nəfər ölüb - VİDEO

Cəmiyyət
Dünən, 09:45

Bakının dörd rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Oxşar xəbərlər