İmişlinin Çaxırlı kəndində ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu barədə 4 oktyabr tarixində Report məlumat verib.
Araz Kazımovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili traktorla toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alıb, sərnişin Çingiz Ağayev isə hadisə yerində ölüb.
Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.
Fakt araşdırılır.