AAYDA İmişli rayonunda Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli avtomobil yolunu yenidən qurur.Bu barədə iyunun 3-də Agentlik xəbər verib.
Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 000-dən çox əhalisinin istifadə etdiyi bu yolların ümumi uzunluğu 43.5 kilometrdir. Yolların hərəkət hissəsinin eni 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Yenidənqurma işlərinə ilk olaraq layihənin Ağamalılar hissəsindən başlanılıb. Görüləcək işlər çərçivəsində suötürücü boruların təmiri, yeni boruların quraşdırılması, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində mövcud avtomobil körpülərinin təmiri də nəzərdə tutulub.
[URIS id=51430]