İmişli rayonunun mərkəzində yol qəzasında 2 nəfər xəsarət alıb. Bu barədə oktyabrın 14-də Report xəbər yayıb.
Belə ki, avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və qəzaya uğrayıb. Nəticədə 36 yaşlı Xəzər Əliyev və 42 yaşlı Nofəl Xudiyev xəstəxanaya yerləşdiriliblər. Onlara bel fəqərəsinin sınığı diaqnozları qoyulub.
Digər qəza Daşkəsən rayonunun Təzəkənd kəndində baş verib. Hadisə zamanı idarəetmədən çıxan minik avtomobili aşıb.
Yaralanan 3 nəfər bir ailənin üzvləridir. Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.