İmişlidə avtomobil aşıb. Bu barədə mayın 23-də Daxili İşlər Nazirliyindən Report-a bildirilib.
Hadisə mayın 22-də rayonun Xubyarlı kəndində qeydə alınıb. Kənd sakini Elvin Əsədzadə idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.