İmişlidə 43 yaşlı kişini maşın vuraraq öldürüb. Bu barədə 4 iyul tarixində APA məlumat verib.
Hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində qeydə alınıb.
“Toyota Corolla” yolu piyada keçən 1981-ci il təvəllüdlü İmişli rayon sakini Şükürov Elbrus Adəm oğlunu vuraraq öldürüb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.