İmişlinin Bəhrəmtəpə qəsəbəsində 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda mayın 7-də APA xəbər verib.
"Mercedes" markalı mikroavtobus "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.