Prokuror İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum olunmasını istəyib. Bu barədə iyulun 1-də APA məlumat yayıb.
Dövlət ittihamçısı onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib. Həmçinin sözügedən şəxsin üzərinə həbs qoyulmuş 6,3 milyon manatlıq əmlakının dövlət nəfinə müsadirə olunması istənilib.
Proses iyulun 8-də davam etdiriləcək.
Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı və təkrar rüşvət almada ittiham edilib. O, vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib.