İndiyədək işğaldan azad edilmiş ərazilərə 206 səfər həyata keçirilib. Bu haqda iyunun 25-də Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.
Qarabağ bölgəsini ziyarət edənlərin ümumi sayı 8 857 nəfər olub.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də təşkil edilib. Füzuliyə isə ilk müntəzəm reys iyunun 25-də baş tutub.