Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan Aynur Fərruxova və Şirin Məmmədova hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 21-də Daxili İşlər Nazirliyinə istinadən Report xəbər verib.
Həmin şəxslər qadınların etibarından sui-istifadə edərək onları Türkiyənin Balıkesir şəhərinə aparıb və orada cinsi istismara məruz qoyublar.
A.Fərruxova və Ş.Məmmədova Cinayət Məcəlləsinin “İnsan alveri” maddəsilə təqsirli biliniblər.
Statistikaya əsasən, Azərbaycanda son 17 ildə 1 165 nəfər insan alveri qurbanı olub.