Azərbaycan qadınlarını Türkiyədə cinsi istismara məruz qoyan Gülnarə Məhərrəmova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 18-də Daxili İşlər Nazirliyindən xəbər verilib.
O, qadınların etibarından sui-istifadə edərək onları Türkiyənin Balıkesir şəhərinə aparıb və orada cinsi istismara məruz qoyub.
G.Məhərrəmova Cinayət Məcəlləsinin “İnsan alveri” maddəsilə təqsirli bilinib.
Statistikaya əsasən, Azərbaycanda son 17 ildə 1 165 nəfər insan alveri qurbanı olub.