Son 1 həftə ərzində İnstagram istifadə olunan musiqilərin müəllif hüquqlarının pozulmasına görə Azərbaycanda videoları aktiv bloklamağa başlayıb. Bu haqda iyunun 28-də texnobloger Fərid Pərdəşünas Technote.az -a açıqlama verib.
Səbəb isə instaqramın Azərbaycanda heç bir “rights holder”, yaxud musiqi leyblı ilə əməkdaşlıq etməməsidir. “Instagram music” adlanan musiqi servisi yalnız onların partnyorlarının olduğu ölkələrdə aktivdir. Eyni müsiqili video İnstagram-ın əməkdaşlıq etdiyi şirkətin olduğu ölkədən paylaşılsa, bloklanma da baş verməz.
Belə vəziyyətdə vətəndaşlar və sosial media istifadəçiləri özümüzün bəstəsi olmayan heç bir musiqidən istifadə etməməlidirlər.
Videolarda musiqilərin istifadəsi ilə bağlı qaydalarla İnstagram-ın rəsmi saytından tanış olmaq olar.