İyunun 28-də saat 18:00 radələrində sərhədçilər sahibsiz bağlamadan narkotik tapıblar. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.
Öncə dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulduğu müəyyən edilib. Daha sonra isə Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında kolluqlarda gizlədilən bağlamada 6 kiloqrama yaxın narkotik maddələr aşkarlanıb.
Fаktla bağlı araşdırma davam edir.