İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb. Bu haqda Report-a mayın 19-da DSX-dən məlumat verilib.
Belə ki, mayın 16-da Azərbaycan vətəndaşı Musayev Mircavad İrandan Azərbaycana dövlət sərhədini pozaraq keçmək istəyib. Bu zaman İran sərhədçiləri onu atəşə tutub.
Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə ailəsinə təhvil verilib.
Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib.