İrandan Azərbaycana 11 kiloqrama yaxın qızılın və tütün məmulatlarının qanunsuz keçirilməsinin qarşısı alınıb. Bu barədə mayın 2-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd pozucularından Yardımlı sakini Quliyev Mehman evinin həyətyanı sahəsində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilərkən 10 kiloqram 790 qram qızıla bənzər zinət əşyaları aşkarlanıb.
Araşdırma zamanı Mehman həmkəndlisi Mayılov Rahimlə birgə Ağayev Nazimin sifarişi əsasında İrandan qanunsuz qızıl-zinət əşyaları gətirdiklərini etiraf edib.
Qaçaqmalın sifarişçisi Ağayev Nazim saxlanılıb. Rahim Mayılov isə qaçaraq gizlənib. Onun evindən 7 050 qutu “Marlboro" markalı siqaretlər aşkar olunaraq götürülüb.