İrandan Ermənistan və Azərbaycana bütün aviareyslər ləğv edilib.
Bu barədə 20 sentyabr tarixində APA IRNA İran Mülki Aviasiya Təşkilatının rəhbərinə istinadən məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyini qorumaq məqsədi ilə İrandan Ermənistan və Azərbaycana bütün uçuşlar növbəti bildirişə qədər təxirə salınıb.