May ayının 28-də saat 23:30 radələrində Yardımlı rayonunun Deman kəndi yaxınlığında İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan şəxs saxlanılıb. Bu barədə iyunun 2-də Dövlət Sərhəd Xidməti xəbər paylaşıb.
Deman kəndində müvəqqəti yaşayan və çoban kimi çalışan Arvana kəndinin 33 yaşlı sakini saxlanılıb. O, dövlət sərhədini Deman kəndinin 39 yaşlı sakininin sifarişi ilə narkotik gətirilməsi üçün pozduğunu etiraf edib. Saxlanılan şəxsin yaşadığı həyətyanı ərazidən 4 ədəd bağlamada 2 kiloqram 30 qram marixuana və 2 ədəd 130 ml qabda maye halda metadon götürülüb.
Hazırda ikinci şəxsin saxlanılması istiqamətində işlər davam etdirilir.