İrandan Azərbaycana külli miqdarda narkotik keçirən şəxslər saxlanılıb. Bu haqda iyunun 6-da DTX və DSX birgə məlumat yayıb.
Belə ki, Sabirabad rayon sakininin idarə etdiyi avtomobil saxlanılıb. Baxış zamanı nəqliyyat vasitəsində 37 kiloqram 550 qram qurudulmuş marixuana aşkar edilib. Araşdırmalar zamanı narkotikləri ölkəyə keçirən İran vətəndaşları Mehriban Latif Mohsen və Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində tutulub.
Məlum olub ki, Latif Mehriban eyni əməllərə görə 2008-ci ildə Azərbaycanda 15 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2014-cü ildə cəzasının qalan hissəsini çəkməsi üçün qonşu ölkəyə təhvil verilib, lakin İranda vaxtından əvvəl azadlığa buraxılıb.
Faktla bağlı cinayət işi açılıb. Adıçəkilən şəxslər həbs ediliblər.