İraq və Suriyadan 2-si qadın, 11-i uşaq olmaqla daha 13 Azərbaycan vətəndaşı Vətənə qaytarılıb. Bu barədə iyunun 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat paylaşıb.
Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji dəstək göstərilməyə başlanılıb.