İraqda cəzaçəkmə müəssisəsində saxlanılan və Azərbaycan vətəndaşı olan 2 uşaq mayın 25-də ölkəyə repatriasiya olunub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Onlar Bağdad-İstanbul-Bakı marşrutu ilə Vətənə qaytarılıblar. Müvafiq prosedurlar tamamlandıqdan sonra uşaqlar yaxınlarına təhvil veriləcəklər.
Bu günədək 288-i uşaq və 2-si qadın olmaqla İraqdan ölkəmizə 290 Azərbaycan vətəndaşı repatriasiya olunub.